Tunis prezidenti İran və Rusiyanı xəbərdar etdi
“İran və Rusiya Suriyaya verdiyi dəstəyin yanlış olduğunu bir gün mütləq anlayacaq”. Bu sözləri Fransaya səfəri zamanı Tunis prezidenti Mönsif Mərzuki deyib. Prezidentin sözlərinə görə, İran və Rusiya kimi böyük dövlətlər bunun bədəlini əvvəlcədən hesablamalıdır.
Mərzuki bildirib ki, Tunis, Liviya və Misirdən sonra Suriyaya demokratiyanın gəlməsi üçün diktator Bəşər Əsədin hakimiyyətdən getməyi lazımdır. Tunis prezidentinin fransalı həmkarı Fransua Oland isə Mönsif Mərzukini “Ərəb baharı” atəşini yandıran ölkənin başçısı kimi təqdim edib.
azadliq.info


