“Snikers”, “Mars” və digər brend şokoladların satışı “fövqəlnazir”in nəzarətində olacaq
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov şirniyyat bazarını inhisara alır. Bu barədə “Azadlıq”a məlumat verən mənbənin sözlərinə görə, Kəmaləddin Heydərov xüsusilə brend şokoladların satışını nəzarətə götürür.
Bu sırada “Snikers”, “Mars”, “Tviks”, “Bounti” şokoladlarının adlarını çəkmək olar. Mənbə bildirib ki, bundan sonra sahibkarlar ölkəyə iri partiya “Snikers”, “Mars”, “Tviks”, “Bounti” və digər brend şokoladlar gətirə bilməyəcəklər. Kəmaləddin Heydərovun bazarına girənlər elə Dövlət Gömrük Komitəsindəcə cəzalandırılacaqlar. Mənbə əlaəv edib ki, bu şokoladların satışının “fövqəlnazir”in nəzarətinə keçməsi qiymətlərə də təsirsiz ötüşməyəcək. “Qiymətlər azı bir dəfə qalxacaq”, deyə mənbə bildirib.
Hikmət