Çin tarixin ən böyük gəmilərindən biri olan və 1912-ci ildə elə ilk səfəri zamanı qəzaya uğrayaraq yüzlərlə insana məzar olan “Titanik”in oxşarını hazırlayacaq. Gəmini avstraliyalı milyarder Kliv Palmer inşa etdirir. Palmer “Titanik 2″nin təhlükəsizliyi ilə bağlı zəmanət də verdiyini açıqlayıb. “Planımıza sonuna kimi sadiq qalacağıq. Planda Titanikdəki orijinal birinci, ikinci və üçüncü sinif bölmələr eyni ilə yer alacaq”.
Yeni “Titanik 2″nin uzunluğu 270 metr olacaq. Onun çəkisi isə 65 min tona çatacaq. “Titanic 2” ilk səfərini 2016-cı ildə Çindən İngiltərəyə edəcək. Buradan isə sərnişin alaraq Şimali Amerikaya yola çıxacaq.
“Titanik 2″nin bütün təhlükəsizlik və inşaat qaydalarına uyğun olmasını təmin etmək üçün D və C göyərtələri arasında xilasedici jiletlər, qorumalı eniş mexanizmləri olan “təhlükəsizlik otağı” əlavə edilib (ans press).


