Sabiq Liviya diktatoru Müəammar Qəzzafinin ölümündən 9 ay sonra onun öldürülməsi ilə bağlı şok video yayılıb. Videoda üsyançılar diktatorun cəsədini alçaldır, onun başı ilə bir oyuncaq kimi oynayırlar. Qəzzafinin cəsədini kukla kimi oynadan üsyançılar kameraya gülərək, onu avtomobildən çıxarırlar.
Video suriyalı müxalif fəal Sami əl-Hamvinin öz Twitter hesabında paylaşmasından sonra populyarlaşıb. O, Qəzzafinin aqibətini Bəşər Əsədə xatırlatmaq üçün videonu paylaşıb. Videonun 2011-ci ilin 20 oktyabrında çəkildiyi güman edilir.
azadliq.info


