“1001 gecə”də qanlı olay: 1 ölü, 1 yaralı
İyulun 17-də saat 03.00 radələrində Bakının Səbail rayonu ərazisində, “1001 gecə” istirahət mərkəzində qətl törədilib. Daxili İşlər Nzairliyinin yaydığı məlumatda deyilir ki, naməlum şəxs odlu silahdan atəş açaraq Bakı şəhər sakini Ramal Bayramovu öldürüb, İsmayıllı rayon sakini Səməd Mənsimovu isə qol nahiyəsindən yaralayıb.
İnsidentin səbəbi barədə hər hansı məlumat verilməyib.
Əlavə edək ki, “1001 gecə” istirahət mərkəzi deputat Hüseynbala Mirələmova məxsusdur.
azadlıq.info