Real Madrid futbol klubu futbolçu Kriştianu Ronaldoya ili 15 milyon avrodan 5 illik müqavilə təklif edib. Keçən sezon 55 oyunda 60 qol vuran Ronaldonun ümümi dəyəri 125 milyon avroya yüksələcək.
2009-cu ildə Mançestr Yunayteddən Real Madridə 93.1 milyon avroya transfer olunan Ronaldo Realda ildə 11 milyon avro qazanırdı.
Məbləğin artması o, dünyanın ən çox qazanan futbolçusu Samuel Etoya daha da yaxınlaşıb. Maxaçqalanın Anji futbol klubunda oynayan Eto ilə 20 milyon avro qazanır.
azadliq.info