BMT və Ərəb Liqasının Suriya üzrə xüsusi təmsilçisi Kofi Annanın Moskvada Putin və Lavrovla görüşü gözlənilir. Səfər öncəsi Rusiya Xarici İşlər naziri Sergey Lavrov mətbuata açıqlama verərək, Bəşər Əsədin hakimiyyətdə qalmasını istədiklərini deyib.
Rusiyanın Suriya siyasətində heç bir dəyişikliyin olmadığını təkrarlayan Lavrov “Əsəd getməyəcək, çünki Suriya xalqının böyük əksəriyyəti onu dəstəkləyir” – deyə bildirib. O, Suriya inqilabının məzhəb müharibəsi halını aldığını da bildirib.
Mərakeş isə ölkəsindəki Suriya səfirini “arzuolunmayan şəxs” elan edib. Onun tezliklə ölkəni tərk etməsini tələb edib.
azadliq.info


