Qobustan həbsxanasında məhkum ölüb

Ölümün səbəbləri hələlik məlum deyil

Qobustan həbsxanasında məhkum ölüb. ANS PRESS-in Pentensiar Xidmətin ictimai əlaqəlaər şöbəsinə istinadən verdiyi məlumata görə, Qobustan həbsxanasında cəza çəkən 1983-cü il təvəllüdlü Ramil Murad oğlu Əliyev dünyasını dəyişib.

Ölümün səbəbləri hələlik məlum deyil. Hadisənin baş vermə səbəbini müəyyən etmək üçün məhkəmə-tibb ekspertizası təyin olunub. R.Əliyev Cinayət Məcəlləsinin oğurluq (177) və soyğunçuluq (180) maddələri ilə məhkum olunmuşdu. Faktla bağlı araşdırma aparılır.