Türkiyədə körpü uçub

Türkiyədə metrobusun manevrləri üçün istifadə edilən körpü uçub. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, körpü yerli vaxtla saat 6.00-da söküntü işləri aparılarkən çöküb. Həmin ərazidə nəzərdə tutulan yoxlama səfərləri isə təxirə salınıb.

Köpünün uçması insan ölümünə səbəb olub. Belə ki, söküntü işlərində çalışan 47 yaşlı Yaqub Kavak körpünün parçaları altında qalaraq dünyasını dəyişib. Daha iki nəfər isə ağır yaralanıb.