Yağış Bakını su altında qoydu

Yağan yağış Bakının bir sıra məhəllələrində küçələrin su altında qalması ilə nəticələnib.

“Çermet” qəsəbəsində, Biləcəridə, Nobel prospektində, NZS qəsəbəsində, Rəsulzadə qəsəbəsində, Dərnəgül qəsəbəsi Xəqani petrol yaxınlığında, Kəmalə və Nərmin şadlıq evləri ətrafında, Yeni Yasamalda, Nərimanov rayonunda evləri və küçələri yağış suları basıb.

anspress