Ərdoğan Putindən radar hesabatı istəyəcək

Rəcəb Tayyip Ərdoğan Rusiyaya edəcəyi səfər zamanı prezident Vladimir Putindən türk təyyarəsinin necə vurulduğunu soruşacaq. Bunun üçün o, Rusiya tərəfindən Tarsus limanında yerləşən radar qurğusunun kəşfiyyat məlumatlarını almalıdır.

Hadisədən 20 gün keçsə də, təfərrüatlar məlum deyil. Türk ordu qərargahı son mətbuat açıqlamasında təyyarənin HHM sistemi ilə vurulduğunu təsdiqləmişdi. Ancaq hərbi təyyarənin hansı şəraitdə düşdüyü məlum deyil. Ərdoğanın 18 iyul Moskva səfərində məsələyə aydınlıq gətirilməlidir.

Tarsus limanında yerləşən rus radarları ətraf ərazini kosmosdan izləmək xüsusiyyətinə malikdir.

azadliq.info