Dağıstanda hökumət qüvvələri ilə silahlıların toqquşması nəticəsində 8 adam öldürülüb.Operativ qərargahın nümayəndəsi 7 silahlı ilə yanaşı bir nəfər Daxili İşlər Nazirliyinin əsgərinin öldürüldüyünü təsdiqləyib. Hökumət qüvvələri iki əsgərin yaralandığını bildirib.
İnterfaks agentliyi döyüşlərin Qayakənd rayonunda getdiyini bildirir. Utamış kəndi ətrafında mühasirəyə düşmüş silahlılar müqavimət göstərib.
Qafqazda döyüşlər yenidən qızışır. İyunun 4-də Dağıstanda keçirilmiş “antiterror” əməliyyatında 4 nəfər silahlının öldürülmüşdü. Keçən həftə isə Buynaksk şəhərində bomba partlamışdı.


