Son 3 ildə Rusiyadan 224 milyard dollar çıxarılıb

Ötən il Rusiyadan xalis kapital axını 38,3 mlrd. dollar təşkil edib. Bu barədə Rusiya Mərkəzi Bankı açıqlama yayıb. Təkcə 2010-cu ilin 4-cü rübündə ölkədən xalis kapital axınının həcmi 22,7 mlrd. dollar olub.
Bu da onu göstərir ki, ötən ilin payızında Rusiyadan kapital axını qəfildən sürətlənməyə başlayıb.
Qeyd edək ki, 2008 və 2009-cu illərlə müqayisədə Rusiyadan xalis kapital axını ötən il azalmaqda davam edib. 2008-ci ildə bu göstərici 129,9 mlrd. dollar, 2009-cu ildə 56,9 mlrd. dollar olub. Rusiyaya kapital axını isə sonuncu dəfə 2007-ci ildə müşahidə olunub – 83,1 mlrd. dollar.