Otel biznesi inhisara alınır

abulfaz qarayevƏbülfəz Qarayev çoxdan hazırlanan planın startını verdi

Bir neçə gün əvvəl mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bəyan etdi ki, standratlara cavab verməyən otellərin fəaliyyəti dayandıralacaq.
Əbülfəz Qarayevin bu bəyanatı otel biznesilə məşğul olan sahibkarlar tərəfindən birmənalı qarşılanmayıb. Adının çəkilməsini istəməyən sahibkarlardan biri “Azadlıq”a deyib ki, naziri bu fikirləri Azərbaycanda otel biznesini monopoliyaya almaq məqsədi daşıyır. Sahibkarın sözlərinə görə, bununla bağlı xeyli müddətdir ki, plan var. Və Əbülfəs Qarayevin bu bəyanatı həmin plana start verilməsi kimi dəyərləndirilə bilər. “Azərbaycanda xüsusilə, Bakıda xırda otellər fəaliyyət göstərir ki, onlar oliqarxlara məxsus iri otellərə maneçilik göstərir. Qiymətlərin ucuz olması müştərilərin daha çox bu otellərə üz tutmasına səbəb olur. Ona görə də standartları bəhanə gətirərək həmin otelləri sıradan çıxarmaq istəyirlər”, – deyə sahibkar bildirib.

İnformasiya şöbəsi