Füzuli Ələkbərovun həbs edilən işçilərindən ona qarşı izahat almağa çalışırlar
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov həbs olunmaq təhlükəsilə üzləşib. “Azadlıq”a daxil olan məlumatlara görə, nazirin adının tez-tez korrupsiya əməliyyatlarında hallanması, hər dəfə Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə edilən şikayətlərdə onun adının birinci yerdə çəkilməsi, korrupsiyaya qarşı mübarizə şousu çərçivəsində daha çox onun işçilərinin həbs edilməsi təsadüfi deyil.
Bildirilir ki, bütün bunlar Füzuli Ələkbərovla bağlı kompraomat qovluğunun daha da qalınlaşdırılmasına xidmət edir. Məlumatda bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi əməkdaşlarının cinayət işlərinin istintaqı zamanı hüquq-mühafizə orqanları daha çox tələb edilən rüşvətin kimə çatacağı ilə maraqlanırlar. Və həbs olunanlardan Füzuli Ələkbərovun adını eşitmək istəyirlər. Məlumatlara görə, nazir də baş verənlərin fərqindədir. Bu baxımdan ciddi narahatdır. Füzuli Ələkbərov ehtiyat edir ki, həbs olunan əməkdaşları qeyri-korrekt danışa bilərlər və bu onun üçün arzuedilməz sonqula nəticələnər.
Hikmət