Obama seçki kampaniyasına nə qədər xərcləyib?

ABŞ prezidenti Barak Obama noyabr ayında keçiriləcək seçki kampaniyası üçün xərcləyədiyi pul məbləğini açıqlayıb. Seçki kampaniyasına indiyəcən az-çox 100 milyon dollar xərclənib. Mətbuatın məlumatına görə, Obamanın xərclərinin 1/5-i əsas rəqibi Mit Romninin önəm verdiyi Ohayo ştatına çəkilib. Seçkidə qalib gələcək namizədi müəyyən edən ştat kimi Florida ikinci, Virciniya ştatı üçüncü yerdədir.

Obamanın seçki proqramının dörddə üçü Romninin siyasi tənqidinə yönəlib. Mit Romninin seçki qərargahının açıqlamasında bildirilir ki, bütün reklam xərclərinə baxmayaraq, Obama əvvəlki reytinqində qalır.

azadliq.info