Rusiya Ermənistanı silahlandırmaqda davam edir

Rusiya 2017-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT)  ölkələrinə yeni silah sistemləri, o cümlədən helikopter və hava hücumundan müdafiə sistemləri tədarük etməyi planlaşdırır.

Bu barədə “Sputnik” agentliyinə açıqlamasında Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin direktoru Dmitri Şuqayev bildirib.

O deyib ki, çatdırılma Ermənistan, Belarus və Qazaxıstanla hərbi əməkdaşlıq sahəsində müqavilələrə uyğun olaraq həyata keçiriləcək: “Söhbət, ilk növbədə aviasiya texnikası, xüsusilə helikopter, hava hücumundan müdafiə sistemləri və BTR-lərdən gedir.”

Bundan əlavə, KTMT-nin baş katibinin müavini Valeri Semerikovun sözlərinə görə, KTMT yaxın illərdə çevik qüvvələrin pulsuz silahla təmin edilməsi planını nəzərdən keçirir.