ulduz fali

Günün ulduz falı (14.07.12)

QOÇ

Sizi gərgin gün gözləir. Istirahətə zaman qalmayacaq. Öz işiniz başınızdan aşır, bir tərəfdən də əhatənizdəkilər sizi qayğılarıyla yükləyirlər. Illüziya və fantaziyalarınızın qurbanı olmayın. Xəyallarınızda özünüzü qalib kimi canlandırırsınız, halbuki üstünlük rəqiblərin əlindədir.
BUĞA
Uğurlu gündür. Köməyə ehtiyacınız olmayacaq, ancaq sizin yardımınıza ehtiyacı olanlar var. Bu gün etibarlı müttəfiq tapmaq asan olacaq. Ictimai tədbirlərdə iştirak etmək üçün də münasib gündür. Bu günə sonu romantik münasibətlərə qədər inkişaf edəcək maraqlı tanışlıq gözlənilir.
ƏKIZLƏR
Daxili tarazlığı pozacaq gərgin gün yaşayacaqsınız. Bu gün münasibətləri aydınlaşdırmaq üçün əlverişli zaman deyil. O cümlədən də alış-veriş, kommersiya fəaliyyəti, sövdələşmə imzalmaq üçün də münasib gün deyil.
XƏRÇƏNG
Gününü faydalı işlərə həsr etmək istəyənlər üçün uğurlu gündür. Çünki bu işdən həm özünüz, həm də başqaları faydalanacaq. Yaradıcı potensial yüksəkdir. Ehtimal ki, maraqlı informasiya alacaqsınız.
ŞIR
Gününüzü özünüz korlayacaqsınız. Sizə elə gəlir ki, problemin həlli yaxınlıqdadır. Ulduzlar isə bunun illüziya olduğunu bildirir. Gərginlik sizi hövsələdən çıxaracaq. Aqressiv olmağınız səbəbindən ciddi konfliktlərdən qaça bilməyəcəksiniz.
QIZ
Bu gün ətrafdakılar sizi sakit qalmağa ikan verməyəcək. Bürcün bəzi nümayəndələri ətrafda baş verənlərə kəskin reaksiya verəcəklər. Ehtimal ki, maliyyə çətinliyi yaşayacaqsınız. Bu gün borc almaq məsləhət deyil. Yaxşı olar ki, bu gün məsrəfləri minimuma endirəsiniz.
TƏRƏZI
Bu gün tənha qalmağınız məsləhət deyil. Çünki gah nikbin, gah da bədbin olacaqsınız. Əhatənizdə sizin həyəcanınızı yatırda biləcək adam olsa yaxşı olar. Qohumların problemlərini həll edəcək, yaxşı məsləhətlər verəcəksiniz.
ƏQRƏB
Günün birinci yarısında neqativ emosiyalarla mübarizə aparmaq çətin olacaq. Bu gün vacib işdən yapışmayın, uğur qazanmaq şansınız minimumdur. Böyük məsrəfdən uzaq durun.
OXATAN
Günün hadisələrini nəzarətdə saxlayın. Işgüzar sövdələşmələr zamanı ehtiyatlı olun. Bu gün vəd verməyə aludə olan şəxslərə aldanmayın. Yalnız prioretini düzgün quran “Oxatan”lar problemlərdən qaça biləcəklər.
OĞLAQ
Enerjilisiniz. Bu gün yaxşı olar ki, böyük məbləğli alış-veriş etməyin və uzaq səfərə çıxmayın. Bu gün icra edəcəyiniz istənilən eksperiment ehtiyatlılıq tələb edəcək. Eksperimental idman növü ilə məşğul olmayın, zədə almaq ehtimalı var.
DOLÇA
Bu gün yenilik etmək üçün münasib gündür. Riskli işlər, eksperimentlər aparmaq olar. Özünə inam nikbinlik yaradacaq. Fantaziya tələb edən işlər sizi cəlb edəcək. Təmiz havada fiziki işlə məşğul olmağın faydasını görəcəksiniz.
BALIQLAR
Asan qələbə gözləməyin. Elə bilməyin ki, bu gün bəxt üzünüzə güləcək. Ailədə münaqişə baş verəcəyi ehtimalı da var. Ətrafdakılarla da aranızda ciddi fikir ayrılığı olacaq. “Balıqlar” sevdiklərilə mübahisə edəcəklər. Qiymətli əşya itirəcəyiniz də istisna edilmir.