Ramiz Mehdiyevin Paşayevlərə növbəti məğlubiyyəti

ramiz mehdiyevPA rəhbəri Heydər Əliyev Mərkəzini nəzarətinə götürə bilmədi

Hələ bir neçə ay əvvəl Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin təntənəli şəkildə istefaya göndəriləcəyi və Heydər Əliyev Mərkəzinə rəhbər təyin ediləcəyi barədə məlumatlar yayılmışdı.
Bu günlərdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Heydər Əliyev Mərkəzinə rəhbər təyin edildi.
“Azadlıq”a daxil olan xəbərə görə, Anar Ələkbərovun təyinatı heç də o demək deyil ki, Ramiz Mehdiyevlə bağlı məlumatlar əsassızdır. Məlumatlarda bildirilir ki, PA rəhbərinin Mərkəzə rəhbər təyin edilməklə siyasi proseslərə təsir imkanlarını azaltmaq gündəmdə olub. Lakin Ramiz Mehdiyev bu təklifi qəbul etməyib. O, PA rəhbəri olaraq fəaliyyətini davam etdirmək niyyətini açıq şəkildə ifadə edib. Eyni zamanda Ramiz Mehdiyev Heydər Əliyev Mərkəzini də əldən buraxmayıb. PA rəhbəri Mərkəzdən eynilə Heydər Əliyev Fondu kimi yararlanmağa çalışıb. Lakin Paşayevlər Ramiz Mehdiyevin bu arzusunun üstündən xətt çəkiblər. Beləliklə, Heydər Əliyev Mərkəzi də Paşayevlərin nəzarətinə keçib. Hər halda Heydər Əliyev Fondunun icraçı direktorunun Mərkəzin başına gətirilməsi Ilham Əliyevin xanımı Mehriban Əliyevanın buranın faktiki rəhbəri olduğu anlamına gəlir və ya gəlməlidir.

Hikmət