İngiltərə xarici kəşfiyyatı Mİ6 2008-ci ildən bu tərəfə İranın atom silahı əldə etməsinin qarşısını ala bildiklərini açıqlayıb. Ancaq qarşıdakı iki il ərzində İranın nüvə silahına malik olması ehtimalı böyükdür.
Mİ6-nın sədri Con Seyvers: “İran nüvə silahına malik bir ölkəyə çevrilərsə, ABŞ və İsraili böyük təhlükə gözləyir. Hər hansı İsrail və ABŞ prezidentinin nüvə silahına malik İranı normal qəbul edəcəyinə çətin inanıram”. Mİ6 sirləri haqqında mətbuata nadir hallarda açıqlama verir. 2009-cu ildən bu yanan Con Seyvers ancaq iki dəfə açıqlama verib.
İran daha əvvəl Mossad, CİA və Mİ6-nı nwvə obyektlərində təxribat yaratmaq cəhdlərində ittiham etmişdi. ABŞ iddiaları rədd etsə də, İsrail tərəfi susqun qalmışdı.
azadlıq.info


