Türk hakerlər Sarkozinin saytını dağıdıbmış

Keçən il iki fransız qəzetinin saytını çökdürən türk hakerlər indi də Fransa prezidentinin rəsmi saytına hücum etdiyi xəbəri yayılıb. Fransa mətbuatı keçən ayalarda prezident saytının iki ciddi kiber hücuma məruz qaldığını xəbər verir. Bu hadisə Sarkozi hələ prezident olduğu müddətdə baş verib.

“Telegramme” qəzeti son kiber hücumun 6-15 may tarixlərində həyata keçirildiyini yazır. Hucumun böyük zədələrə yol açdığı, saytı ancaq 3 gün sonra bərpa etməyin mümkün olduğu bildirilir.

“Atlantico” internet qəzeti isə hücumun Türkiyədən edilidiyini yazır. Fransa parlamentinin “erməni genosidi” ilə bağlı qərar qəbul etmək istədiyi aylarda ölkə qəzetlərinin saytlarına hücum edilib. “Samura”, “ZoRRoKİN”, “Black-Box”, “Iskorpitx”, “GrayHatz”, “Akıncılar” ve “MilliKuvvetler” kimi haker qrupları hücumun əsas təşkilatçılarıdır.

“MilliKuvvetler” adlı haker qrupu fransalı deputatların və Fransada yerləşən erməni təşkilatlarının internet saytlarına çoxlu hücumlar ediblər. Məhəmməd peyğəmbərin karikaturalarını yayan qəzetlərin internet saytları da hücumdan kənar qalmayıb.

azadliq.info