İcra Hakimiyyəti şəhidin 40 mərasimini keçirməkdən imtina edir
Şəkidə yaşayan şəhid ailəsi vətən uğrunda həlak olan övladının 40 mərasimini keçirə bilməməsilə bağlı dövlət başçısına müraciət edib.
Şəhid Xalis Əzizov bu il iyunun 5-də Qazax rayonunda həlak olan 5 şəhiddən biridir.
Şəhidin bibisi Afət Əsədova Turan-a bildirib ki, ailə kasıblıq həddindən də çox aşağıda yaşayır, şəhidin dəfn və üç mərasiminin Şəki rayon İcra Hakimiyyəti tərəfindən keçirilib.
Şəhidin qırx mərasiminin keçirilməsini, qəbirüstü abidəsinin götürülməsini Şəki şəhər rəhbərliyi öz üzərinə götürsə də indi bundan imtina edir.
İyulun 15-də şəhidin qırx mərasimidir, rayon İcra Hakimiyyəti bu mərasimin onlara aid olmadığını deyərək ailəyə şəhidin 11500 manat sığorta pulunu alaraq mərasimi yola verməyi təklif ediblər. Rayon rəhbərliyi həmin pulun hazır olduğunu desə də ailə mərasimə az vaxt qaldığı üçün Bakıya gedərək pulu ala bilməyəcəklərini nəzərə çatdırırlar.
Rayon İcra Hakimiyyəti ailəyə ancaq 500 manat pul verə biləcəyini, qalanını isə ailənin tapmalı olduğunu bildirib.
Son olaraq valideynlər dövlət başçısına şəhid X.Əzizovun sığorta pulunu alana qədər 40 mərasimini keçirmək üçün min manat pul verməsini xahiş edirlər (“Turan”).