İsraildən suriyalılara insani jest

İsrail dövləti Türkiyə və İordaniyada yerləşən qaçqın düşərgələrinə yardım göndərəcək. İsrailin druz dini təriqətinə mənsub millət vəkili Eyub Qara belə deyib. Yardım İsrailin diplomatik münasibətlərinin mövcud olduğu Türkiyə və İsrail ərazisində könüllülər vasitəsilə veriləcək. Düşərgələrdə yerləşdirilən yaralı suriyalıları israilli həkimlər müalicə edəcək.

İsrail və Suriya arasında dilpomatik münasibətlər mövcud deyil. 1967-ci il müharibəsində sülh müqaviləsi imzalanmadığına görə, iki ölkə qeyri-rəsmi müharibə vəziyyətindədir. İsrail Suriyaya məxsus Qolan təpələrini işğal edib.

azadliq.info