Ölkə başçısı bir qayda olaraq qanunsuz əməllərilə tanınan məmurları təltif edir
Ilham Əliyev bu günlərdə iki icra başçısı təltif edib. Bunlardan biri Sabirabadın icra başçısı Nazim Ismayılovdur. Ölkə başçısı onu 60 illiyi münasibətilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Digəri isə Cəbrayılın icra başçısı Mahmud Quliyevdir. Ilham Əliyev onu da 60 illiyi münasibətilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Məlumat üçün deyək ki, hər iki başçısının nəinki btüövlükdə vətənə, hətta rəhbərlik etdiyi rayonlara belə müsbət mənada xidməti nəzərə çarpır. Nazim Ismayılov Sabibaraddan əvvəl Şamaxanın icra başçısı olub. Şamaxıda onun törətdiyi qanunsuz əməllərdən vətəndaşlar təngə gəlmişdi. Şamaxı sakinlərinin “yuxarılar”a şikayətinin ardı-arası kəsilmirdi. Bu faktı şikayətlərin bir surətinin qəzetlərə, o cümlədən “Azadlıq”a yollanılmasından bilirik. Nazim Ismayılov indi Sabibaradın icra başçısıdır. Bu rayonda isə sel daşqınları yüzlərlə vətəndaşı həyat şəraitinin çətinləşdirib. Nazim Ismayılov isə bu problemi həll etməkdə həvəsli görünmür. Bu gün Sabibaraddan xeyli şikayətlərin olması belə deməyə əsas verir.
Mahmud Quliyevə gəlincə, ondan da şikayətlər yetərincədir. Mahmud Quliyevin necə icra başçısı olduğunu bilmək üçün Cəbrayıldan olan məcburi köçkünlərlə söhbət etmək kifayətdir. Hər iki icra başçısının qanunsuz əməllərilə bağlı faktları təkrarən bura düzmək niyyətimiz yoxdur. Mətbuatda həm Nazim Ismayılov və Mahmud Quliyevin qanunsuz əməlləri barədə dəfələrlə yazılıb.
Lakin görünür, Ilham Əliyev üçün vətənə xidmət qanunsuzluq etmək, vətəndaşların hüquqlarını tapdamaqdır. Əks təqdirdə ölkə başçısı bir qayda olaraq bu cür adamları təltif etməzdi.
Hikmət