Fransada 9 nəfər qar uçqunu zamanı həlak olub. Alpa dağları ətəyində yerləşən Şamoni şəhərinin hökümət nümayəndələri iki isveçrəli, iki alman və iki fransızın öldüyünü xəbər verirlər. Daha 3 avropalı itkin düşüb. Ölənlərdən üçünün vətəndaşlığı hələ dəqiqləşdirilməyib. 9 yaralı turist xəstəxanaya yerləşdirilib. Xilasetmə işləri davam etdirilir.
Şamoni dağ xizəkçilik kurortu Monblan dağ silsiləsinin ətəyində 4808 metr yüksəklikdə yerləşir.
azadliq.info


