
Araşdırmaya əsasən, dünən axşam saatları ilə müqayisədə ”Amrahbank” dolların alış/satış qiymətlərini bahalaşdırıb. Bubankda ABŞ valyutasının alışı 1.6880 manatdan 1.6920 manata, satışı isə 1.6980 manatdan 1.7020 manata qalxıb.
“Accessbank” ancaq dolların alışını bahalaşdırıb. Dünən bu valyutanı 1.6340 manata alan bank bu gün məzənnəni 1.6510 manat təyin edib.
“Muganbank”da isə ABŞ valyutasının alışı və satışı bir qədər bahalaşıb. Belə ki, dünən dolları 1.6800 manata alan bank bu gün 1.6850 manata alır. Dolların satışı isə 1.7100 manatdan 1.7140 manata qalxıb.