ulduz fali

Günün ulduz falı (12.07.12)

QOÇ
Gün sizə uğursuz görünəcək. Xüsusilə də vacib görüşə hazırlaşanlar üçün gün daha çətin olacaq. Yaxınlarla münasibətlərə gəlincə, əlaqələr soyuq olacaq. Bu da sizin əhvalınıza təsir göstərəcək.
BUĞA
Fikirləşdiyinizi deməyə tələsməyin. Bu gün ağzınızı açmamışdan əvvəl yaxşı-yaxşı fikirləşib sonra danışın. Günün ikinci yarısında xoş sürprizlə qarşılaşacaqsınız. Bunun sayəsində də maddi durumunuz yaxşılaşacaq.
ƏKIZLƏR
Günün əvvəlində enerji ehtiyatınızın tükənməz olduğunu düşünəcəksiniz. Bu zaman kəsiyində istənilən çətin işdən yapışmaq istəyəcəksiniz. Ancaq xırda bir uğursuzluqla qarşılaşan kimi işdən tez soyuyacaqsınız. Günün ikinci yarısında isə özünüzə qapanacaqsınız.
XƏRÇƏNG
Gün çox məhsuldardır. Iri miqyaslı işlər icra edə bilərsiniz. Vacib sənəd, uzun müddətli sövdələşmə imzalamaq üçün münasib gündür. Ancaq siz öz qələbələrinizə sevinməyəcəksiniz. Günün ikinci yarısında baş ağrıları, yuxusuzluq baş qaldıracaq.
ŞIR
Işdə diqqətinizi cəmləyə bilməyəcəksiniz. Həmkarlarla aranızda mübahisə düşəcək, müdiriyyət də sizi üzərinizə düşən məsuliyyətin öhdəsindən gələ bilməməkdə qınayacaq. Gün çətin keçsə də, əhvalınız yaxşı olacaq. Vaxtilə elmi maraqlarınızı birləşdirən, amma çoxdan görüşmədiyiniz adamla qarşılaşmaq ehtimalı var.
QIZ
Hədəfə çata bilməyəcəyinizi başa düşsəniz də, geri çəkilməyəcəksiniz. Ulduzlar bildirir ki, bu gün bir rəqibinizi üstələyə bilərsiniz, amma onun yerini daha 2-3 xoşagəlməz şəxs tutacaq. Bu gün romantik münasibətlərin təməlinin qoyulması baxımından uğurludur.
TƏRƏZI
Məsuliyyət tələb edən işlərə girişməyin, çünki bu gün işə ciddi yanaşa bilməyəcəksiniz. Ehtimal ki, sirr saxlamaq istədiyiniz məlumat ictimailəşəcək. Ətrafdakı söz-söhbətə fikir verməyin. Bu gün yaxınlarla münasibətlərə həssas yanaşın.
ƏQRƏB
Siz enerjili hərəkət etsəniz, çox uğurlara imza ata bilərsiniz. Ehtimal ki, işgüzar səfəriniz uğurlu olacaq. Bürcün bizneslə məşğul olan nümayəndələri kommersiya fəaliyyətlərini genişləndirəcəklər. Bu gün şəxsi həyatınıza birbaşa aidiyyəti olan sənədlərə imza ata bilərsiniz.
OXATAN
Vaxtında yardım istəsəniz, işlərin öhdəsindən gələ bilərsiniz. Ancaq lazım olan şəxsi tapmaq elə də asan olmayacaq. Gün, böyük miqyaslı alış-veriş və ya sövdələşmə  imzalamaq üçün əlverişlidir. Bu gün yeni pərəstişkarlarınız peyda olacaq.
OĞLAQ
Çətin gündür. Yalnız günün ikinci yarısında pozitiv tendensiyalar özünü göstərəcək. Yaxşı olar ki, bu gün hökumət orqanlarının nümayəndələrindən uzaq durasınız. Ailədəki fikir ayrılıqlarına elə də ciddi əhəmiyyət verməyəcəksiniz, halbuki, onun kökü keçmişə bağlıdır.
DOLÇA
Qeyri-adi gün olmasa da, sizin xoşunuza gələcək. Axşama qədər əhvalınız yaxşı olacaq deyə, sizi sevindirmək üçün çox əziyyət çəkmək lazım gəlməyəcək. Sevdiyiniz şəxs diqqət və qayğısını sizdən əsirgəməyəcək. Işgüzar müstəvidə də rəhbərlik sizdən razı qalacaq.
BALIQLAR
Günün birinci yarısı diqqət və ehtiyatlı olmaq tələb edir. Ulduzlar bu zamanda sizi heç bir işlə məşğul olmamağa çağırır. Yaxşı olar ki, fiziki və zehni gücünüzə qənaət edəsiniz. Günün ikinci yarısı daha yaxşı keçəcək. Bu zaman kəsiyində isə istənilən işlə məşğul ola bilərsiniz.