“Eks prezidentlər haqqında qanun İlham Əliyev və ailəsi üçün hazırlanıb”
Ötən ay parlamentdə qəbul olunan eks prezidentlər haqqında qanun dünya mediasında müxtəlif iddialara yol açıb.
Nüfuzlu “Associated Press” xəbər agentliyi qanun layihəsinin Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovun uzun müddət sonra ölkəyə qayıtmasına imkan yaratdığını xüsusi vurğulayıb.
Xəbərdə qeyd olunur ki, eks prezidentlər haqqında qanun əslində, Ilham Əliyev və ailəsinin toxunulmazlığını təmin etmək üçündür. Əlavə edək ki, “Associated Press”in xəbəri ABŞ-ın nüfuzlu “The Washington Post” qəzetində tirajlanıb.