Suriya müxalifəti Lavrovla görüşdü

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyanın müxalifəti Milli Şuranın nümayəndələri ilə görüşüb.

Rusiyanın Suriya ilə bağlı mövqeyindən danışan nazir deyib ki, hökumət və müxalifət zorakılıqları dayandırıb, ölkənin gələcəyini müəyyən etməlidir. Suriyanın yaxın müttəfiqi olan Rusiya BMT-nin Təhlükəsizlik Şurasının müşahidəçi mandatının daha 3 ay uzadılmmasına çağıran qətnamə layihəsi yayıb. Sənəd böhranın siyasi yolla həllinə çağırır, lakin sanksiyalardan bəhs etmir.

Təhlükəsizlik Şurası bu haqda qərarı iyunun 20-də verməlidir. Rusiya və Çin BMT-nin Suriya ilə bağlı bundan əvvəlki qətnamələrinə veto qoyub.