İranın ali dini lideri iranlıları Qiyamət günü üçün müharibəyə hazırlaşmağa çağırıb. Xameneyinin bu çıxışı bir neçə İran mətbuatında yayılıb. Çıxışın məzmununda İran xalqının Qiyamət gününə və 12-ci imamın (Mehdi) qayıdışına hazır olmasını tövsiyyə edir. Mehdinin qayıdışı insanlıq tarixində sonuncu müharibə olacaq.
Xameneyi: “Biz Mehdinin gəlişinə hazırlaşmalıyıq. Əgər özümüzü 12-ci imamın əsgərləri sayırıqsa, döyüşməyə də hazır olmalıyıq. Allahın görünməmiş güc ilə biz islam sivilizasiyasını geri qaytaracağıq. Gənclər və bütün imanlılar bu böyük missiyanın yerinə yetirilməsi üçün hazır olmalıdırlar”.
Ayətollanın çıxışından bir neçə ay öncə İran hərbçilərinə “Sonuncu yarım il” adlı kitab paylanmışdı. Kitab izah edir ki, qiyamət gününün əlamətləri gerçəkləşir. Bu səbəbdən əsgər və zabitlər daim döyüş hazırlığında olmalıdırlar.
azadliq.info


