Bəstəkarlarımız İstanbul küçələrində

“Facebook” sosial şəbəkəsində yayılmış bir foto diqqətimizi cəlb etdi. Istanbulun Beşiktaş səmtində çəkilmiş fotodan güman etmək olur ki, iki musiqiçi küçədə insanları feyziyab etməklə pul qazanır. Bunlardan biri (solda) məşhur caz-rok ifaçısı Azər Məmmədov, digəri isə bəstəkar Firudin Allahverdidir.
Xatırladaq ki, Firudin Allahverdi Bəstəkarlar Ittifaqının üzvüdür. O, 2008-ci ildə Isveçrədə gənc bəstəkarlar arasında birinci yeri tutmuş, həmçinin dəfələrlə respublika müsabiqələrində uğurlar qazanmışdır. Nəzərə alsaq ki, bəstəkar keçən il Amsterdam Konservatoriyasına qəbul olunmuş, lakin təhsil almaq üçün maddi vəsait tapa bilməmişdi, güman etmək olar ki, o, bu vəsaiti qürbətdə, küçə musiqiçiliyi etməklə yığmaq istəyir. Yaxın günlərdə bu məsələ ilə bağlı fotodakıların da münasibətini öyrənəcəyik.
Hələlik Türkiyədəki mənbələrimiz də gümanlarımızı təsdiqləyirlər. Mənbə bildirib ki, bir neçə dəfə adıçəkilən bəstəkarların Istanbul küçələrində musiqi hesabına pul qazandıqlarına şahidlik edib.

Natiq