İyulun 10-da Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan və Tacikistan vətəndaşları arasında kütləvi dava düşüb.
“Media forum” saytı xəbər verir ki, dava şəhərin Nevski rayonunda baş verib. Axşam vaxtı Obuxovskaya Oborona prospektində, binanın həyətində futbol oyunundan sonra düşən mübahisə davaya qədər böyüyüb. 30 nəfərin iştirak etdiyi davada taxta və soyuq silahlardan istifadə olunub. Qarşıdurmada iki nəfərin öldüyü, üçünün yaralandığı bildirilir.
Ölənlərin və yaralananların hansı millətdən olduğu bilinmir.


