Bakıda ağır qətl hadisəsi törədilib. Nizami Rayon Prokurorluğundan bildirildiyinə görə (APA), hadisə ötən gecə Rüstəm Rüstəmov küçəsi ev 44, mənzil 38 ünvanında qeydə alınıb. Həmin ünvanda kirayədə yaşayan, 1986-cı il təvəllüdlü Məmmədov Leyla Mahir qızını naməlum şəxslər xüsusi amansızlıqla qətlə yetiriblər. Onun meyitini qonşuları aşkar edib. Meyitin üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər olub.
Hadisə ilə bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi başlanıb, əməliyyat-istintaq qrupu yaradılıb. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər görülür.


