Cənubi Koreya prezidenti Li Men Bakın qardaşı Li San Dık məhkəmənin qərarı ilə həbs edilib. 77 yaşlı müttəhim rüşvət almaq iddiaları ilə əlaqədar işə baxan Seul Mərkəzi Rayon Məhkəməsinin qərarı ilə həbs olunub.
Bundan sonra müttəhimin məhkəməsi həbsdə davam edəcək. Məhkəmə binasına daxil olarkən Li San Dık etirazla qarşılaşıb, qəzəbli izdiham ona yumurta atıb. Çıxışda isə jurnalistlərin onun Cənubi Koreya prezidentinə və Koreya xalqına bir sözü olub-olmadığı sualına cavabında müttəhim üzr istədiyini deyib.
Qeyd edək ki, prezidentin qardaşı və bir neçə deputat ölkənin iri banklarının rəhbərlərindən böyük məbləğdə rüşvət almaqda ittiham olunurlar (ans press).


