AXCP Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmlinin oğluna qarşı edilən zorakılığa etiraz olaraq başladığı aksiyanı davam etdirir. O aclığını Bakıda, Penitensiar Xidmətin yetkinlik yaşına çatmayanlar üçün islah müəssisəsində önündə keçirir.
Üç günlük aksiyadan sonra onun müəssisədəki oğlu Vasif Mirələmovun aclığı dayandırsa da, Təzəxan Mirələmli hələ qərarını dəyişməyib. O, müəssisədə oğluna qarşı törədilən zorakılığa rəsmi cavab istəyir və eyni zamanda oğlu ilə görüş tələb edir. Təzəxan Mirələmlinin sözlərinə görə müəssisədə Vasifə qarşı fiziki zorakılıq olduğundan və üzərində xəsarət izləri qaldığından onu görüşə buraxmırlar. T. Mirələmli oğluna qarşı törədilən qanunsuzuğa hüquq müdarfiəşilərinin biganəliyindən şikayətlənib.
T.Mirələmli İctimai Palatanın 2011-ci il aprelin 2-də keçirdiyi mitinqdə ağır fiziki xəsarət alaraq xəstəxanada müalicə alıb. Həmin il aprelin 5-də onun məktəbli oğlu Vasif Mirələmov 10-cu sinif şagirdi Cavanşir Həsənlini bıçaqlayıb. Cavanşir Həsənli həlak olub. Təzəxan Mirələmli hesab edir ki, oğlunu məktəbdə təhqir ediblər, atası mitinqdə iştirak etdiyinə görə aşağılayıblar. Təhqirlərdən bezən oğlu isə qətl törədib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Vasif Mirələmovu 8 il azadlıqdan məhrum edib.