Malta baş nazirinin adminstrasiya rəhbəri Kif Şembri və “Nexia BT” şirkətinin sahibi olan baş nazirin məsləhətçisi Brayan Tonna ilə bağlı korrupsiya iddialarına dair məhkəmə istintaqına sədrliyi hakim Nataşa Şiberras edəcək.
Bəyanatda Şembri bu təyinatı müsbət qarşılayıb və bildirib ki, onun məhkəmə sisteminə inamı bütövdür. O qeyd edib ki, istintaqla əməkdaşlıq etməyə hazırdır və həqiqətin ortaya çıxmasını səbrsizliklə gözləyir.
Müxalifət lideri Simon Busuttil Şembri və Tonnanın Malta vətəndaşlığını satması ilə bağlı məhkəməyə sübut təqdim etdikdən sonra hakim Aaron Buqeya bu barədə cinayət işi başladılmasına qərar vermişdi. Hakim Buqeya baş nazirin xanımı Mişel Muskatın sahibi olduğu iddia edilən “Eqrant” ofşor şirkəti ilə bağlı korrupsiya iddialarına dair də ayrıca istintaq aparır. Bu korrupsiya qalmaqalında Azərbaycan prezidentinin qızı Leyla Əliyevanın da adı hallanır.
azadliq.info