Apple Britaniya məhkəməsində Samsunqa uduzdu

Britaniya məhkəməsi Apple və Samsung şirkətləri arasında patent mübahisəsində Samsungun lehinə qərar verib. Apple Samsungu məhkəməyə öz tabletlərinə dizaynı ondan götürdüyü iddiası ilə vermişdi.

Hakim isə qərar verib ki, Samsungun Galaxy tabletləri Apple-ın iPad-larının «dizaynını təkrarlamır, çünki onlar kimi yaraşıqlı deyillər». Hakim deyib ki, Galaxy kompüterlərinin Apple-dəki «anlaşılan və çox sadə dizaynı yoxdur».

Apple Samsungu 10 ölkədə məhkəməyə verib.

London məhkəməsinin qərarından sonra Samsung Apple-i dizayna görə həddən artıq məhkəmə iddialarında günahlandırıb. Apple isə bildirir ki, Samsung onun tabletlərini təkrarlayır və məhkəmə iddialarını davam etdirəcək.