UNICEF Birləşmiş Millətlər Təşkilatinin (BMT) Uşaq Fondudur və bu fondun Bakidaki təmsilçiliyi neçə ildir həyəcan təbili çalir ki, Azərbaycanda uşaq ölümünün səviyyəsi çox yüksəkdir. UNICEF həm də Azərbaycanda uşaq ölümü faktlarinin gizlədildiyini vurğulayir.
Qəzetlər Azərbaycanda uşaq ölümünün səviyyəsinin Afrika qitəsindəki ölkələrdən də yüksək olduğunu yazir.
Uşaq ölümü statistik bir göstərici olaraq quru rəqəmlərdən ibarət deyil. O, dövlətin sosial barometridir. Yəni təkcə uşaq ölümünün səviyyəsinin dinamikasina rəğmən hər hansi bir dövlətin sosial yönümünə düzgün qiymət vermək olar.
Etiraf etmək gərək, bəzi jurnalistlər uşaq ölümünün gerçək mahiyyətindən xəbərsiz olduqlari üçün bu barədə yazdiqlari ciddi təsir bağişlamir. Hətta, ekspert qismində şərh verən mütəxəssislərin belə mülahizələri gülüş doğurur.
Təbii ki, qəzet səhifəsində uşaq ölümünün yüksək səviyyəsinin səbəblərini oxucularin diqqətinə çatdirmaq çox çətindir. Bunun üçün geniş müzakirələrə ehtiyac var. Təəssüf ki, bu tip dəyirmi masalari təşkil etməyə heç bir televiziya kanali cürət edə bilmir. O telekanallar zurna-balbana, şou-biznes aləminə, meyxanaya saatlarla zaman ayirir, ancaq dövlət və millət üçün xüsusi əhəmiyyəti olan məsələlərin hamisinda olduğu kimi uşaq ölümü probleminə yanaşmada da mövqe sərgiləməyə cəsarət etmir.
Qeyd etdik ki, uşaq ölümü dövlətin sosial barometridir. Dövlətin iqtisadi inkişafinin göstəriciləri yüksəldikcə, uşaq ölümünün səviyyəsi aşaği enir. Başqa sözlə, ailələrin maddi rifahi artdiği halda uşaq ölümü azalir. Normal sivil dövlətlərdə belə olur və bu dövlətlərdə uşaqlara, bütövlükdə qayği prioritet sayilir.
Azərbaycanda iqtisadi qalxinmaya şübhə yoxdur, fəqət, bu qalxinmani cümlə Azərbaycan vətəndaşlari hiss etmir. Əhalinin yalniz müəyyən bir hissəsi, 5-10 faiz dövlətin iqtisadi inkişafindan bəhrələnir. O 5-10 faiz maddi problem nə olduğunu bilmir, komfort şəraitdə yaşayir, normal istirahətini təşkil edə bilir və keyfiyyətli tibbi yardim almaq iqtidarindadir. Təbii ki, belə ailələrdə sağlamliq göstəriciləri yüksək olur. Əhalinin qalan hissəsi yaşamaq üçün, gündəlik çörək pulu qazanmaq üçün mücadilə edir və bu vəziyyətdə onlarin sağlamliğina diqqət etmələri əsla mümkün deyil.
Müasir standartlara cavab verən klinikalar, diaqnostika mərkəzləri açmaq, şəfa ocaqlarini keyfiyyətli tibb avadanliqlari ilə təmin etmək heç də əhalinin sağlamliğinin qayğisina qalmaq deyil. Sağlamliğin qayğisi o halda çəkilir ki, AILƏ problemlərinin həlli üçün ciddi addimlar atilir.
Nə qədər ki, AILƏ problem içində yaşayir, AILƏ büdcəsi ailə üzvlərini insan kimi dolandirmaq üçün yetərsizdir, sağlamliq amili arxa plana keçir, unudulur.
Ailənin təməlinin möhkəm olmasi üçün dövlət özü maraqli olmalidir, ailənin elementar tələbatini ödəməlidir, ev almaq üçün normal şərtlərlə kredit verməlidir, işlə, tibbi siğorta ilə təmin etməlidir, uşağa müavinat ayirmalidir.
Azərbaycanda dövlət sadalananlari yerinə yetirirmi?
Yerinə yetirsəydi, UNICEF haray-həşir qaldirmazdi.
Azərbaycanda uşaq ölümünün səviyyəsi yüksəkdir və və o səviyyə yüksəkdə qalmağa məhkumdur. Nə qədər ki, INSAN amilinə yetərli əhəmiyyət verilmir, nə qədər ki, dövlət yuxarida qeyd olunan o 5-10 faiz ailənin arxasindadir və yerdə qalan 90-95 faizin qapisini ailə sixintilarini çözmək üçün döyməyib, uşaq ölümünün səviyyəsi aşaği düşməyəcək. Unutmayin, yalniz maddi, psixoloji problemdən uzaq ailə sağlam uşaq “istehsal” edə bilər. Əks halda “zay məhsulun” xüsusi çəkisi artacaq və dövlətin də dili qisa, başi aşaği olacaq.

Uşaq ölümü səviyyəsi nədən yüksəkdir?
•