Yaxud Məleykə Abbaszadədən niyə narazi qaldim…
Uzun müddətdir təhsildən yazmiram. Həm də ona görə ki, Əliyevlər hakimiyyətinin xarabaliğa çevirdiyi təhsilimiz barədə elə onlarin öz nümayəndəsi – TQDK sədri Məleykə Abbaszadə intensiv şəkildə danişmağa başlayib. Buna iki məmurun, iki qruplaşmanin çəkişməsi kimi də baxmaq olardi, mən isə, səbəbindən asili olmayaraq, bu qovğadan həqiqətin ortaya çixacağini gözləyirdim. Belə gözləntimin yaranmasinda isə, bu ölkəyə ağir yaralar və ziyanlar vurmaqda davam edən bir iqtidarin nümayəndəsi olmasina baxmayaraq, Məleykə xanimin fəaliyyətinə rəğbətim də rol oynayib. Tələbə qəbulu indi bizim ölkədə dürüstlüyün üstünlük təşkil etdiyi yeganə sahədir. Hazirda ona bənzər bir sahə yoxdur. Həm ədalətin təmin olunmasi baximindan, həm müasirlik və peşəkarliq anlaminda. Bu haqda əvvəllər də yazmişam.
Amma gün gəldi ki, əksinə, Məleykə xanimdan çox narazi qaldim. Bilirsiniz ki, Ilham Əliyev bir fərman verdi və orta məktəblərin buraxiliş imtahanlarini da TQDK-ya, yəni Məleykə Abbaszadəyə tapşirdi. Bilmirəm hansi səbəbdən, amma əminəm ki, onun burada təhsili düzəltmək istəyi olmayib. Yenə də sevindim ki, məhz Məleykə xanimin keçirəcəyi imtahan sayəsində gerçəklər üzə çixacaq – bəlli olacaq ki, gələcək nəsillərin böyük əksəriyyəti 2 alandir. Mən demirəm, rüşvət Təhsil Nazirliyi sistemində digərlərindən çoxdur, insafən, başqa sahələrdə bizim milli sərvətlərimizin, şəxsi pullarimizin talani buradakindan qat-qat çoxdur. Lakin burada başqa bir itkidən söhbət gedir – xalqimiz bilik kimi əvəzedilməz bir sərvətdən məhrum edilir. 2 və 3 alanlarin bizi idarə etdiyi bir zamanda xalq da bir ucdan 2 alanlara çevrilir.
Bəs ümid bəslədiyim Məleykə xanim nə etdi? Elə bir imtahan keçirdi ki, məhz həqiqət üzə çixmasin. O, vəziyyəti yaxşi bilirdi. Bilirdi ki, normal bir imtahan keçirsə, böyük əksəriyyət “2″ alacaq – indi olduğundan dəfələrlə daha çox adam. Yenə də dəfələrlə çox adam ”3″ alacaqdi, yalniz cüzi bir hissə isə “4″ və ”5″. Bir sözlə, həqiqət partlayacaqdi. Bəlli olacaqdi ki, orta təhsil ölüb. Məleykə xanim bu cəsarəti etmədi. Indi problemləri səsləndirsə də, çoxlarinin alqişini qazansa da, əksinə, təhsilin tamamilə öldüyünü gizlətdi.
Təhsil isə tamamilə ölüb. Repititorlarin hesabina, təbii istedadlarin sayəsində, valideynlərin şəxsi zəhməti və səyi nəticəsində, tamam ölməkdə olan köhnə ənənələrin ətaləti hesabina indi bu ölü tərpənir, amma yerimir. Indi hami deyir ki, Məleykə Abbaszadə Misir Mərdanovu vurur. Amma onun təhsil nazirinin və məxsus olduqlari siyasi recimin hansi cinayətini gizlətdiyini heç kim demir. Misir Mərdanova gəldikdə, gərək buna görə rəqibinə təşəkkür edə.
Niyə yalniz iki fəndən imtahan götürülməli idi? Bəs digər fənlər? Onlar eləmi əhəmiyyətsizdir? Onlari necə kənara atmaq olardi? Tarix fənnini əla riyaziyyat oxuyan şagird də bilməyə bilər. Eləcə də biologiyani. Guya buna vaxt çatmadi. Azərbaycan dili və riyaziyyat mütəxəssisləri testləri hazirladiği vaxtda, o biri fənlərin də testlərini o sahənin mütəxəssisləri hazirlaya bilərdi. TQDK çox peşəkar, hər cür potensiala sahib olan bir qurumdur. Zaman sübut edib ki, onun sədri də əsl təşkilatçidir, işini də əla bilir. Amma biz yalniz bu işdən ustaliqla yayinmaği gördük.
Bu, imtahan yox, imitasiya və saxtakarliq idi. Necə olur bu? Həm Misir Mərdanovu tənqid edirsən, həm də orta məktəbdəki əsl biabirçiliği gizlədirsən. Onda bu qovğa nə üçündür?
Bir vaxtlar Misir Mərdanov şagirdlərin qəbulda aşaği nəticə göstərməsinə etiraz etmiş və TQDK-ni ittiham etmişdi ki, bəs qəbula düşən suallar çətindir. Proqramdan kənar yox, sadəcə çətin suallar. Guya bizim şagirdlər yalniz asan suallarin cavabini bilməlidir. Amma gün gəldi ki, TQDK özü ən asan yolla, ən asan suallarla Misir müəllimin şagirdlərinə attestat payladi. Çünki təhsil sahəsində necə böyük cinayət baş verdiyini açmaq olmurdu. Bu isə həm də siyasi cinayətdir.
Dünən bu fakt qəzetlərdə səslənib. Ötən illərdə mən özüm də bu haqda yazmişdim. 11 il əvvəl 133 min şagird məktəbə gedib. Onun 70 mini bu il attestat alib. Təxminən yarisi hani uşaqlarin? Onlardan maksimum 5-6 mini texnikumlara, 5-6 mini də texniki peşə məktəblərinə gedə bilər. Bəs qalan 50 min şagird hani? Hələ attestat alan 70 minin də 50 mini o attestata layiq deyil. Budurmu analoqu olmayan inkişafin uğuru? Pullari yeyən rejim şagirdləri niyə “yeyir” bəs?
Bir sözlə, mənim arzuladiğim baş vermədi. Məktəb həqiqəti partlamadi. Onu yenə gizlətdilər. Deməli, mən yalniz öz övladimi məktəbdən necə qorumaq haqda düşünməliyəm. Çünki yaxşi bir fayda gözləmirəm, amma hökmən orada övladimin pozulmamasinin, pis vərdişlər, pis tərbiyə almamasinin qayğisina qalmaliyam. Hələ daha bir dəhşətli xəbər almişam – Yunus Oğuzun romanlari orta məktəb dərsliyinə salinir!

Oğlumu məktəbdən necə qoruyum?
•