Nazim İbrahimov niyə təltifdən kənarda qaldı?

Komitə sədrinin “qələminin qırılması” barədə məlumatlar təsdiqini tapır

Ölkə başçısı İlham Əliyev bir neçə gün əvvəl Diasporla İş Üzrə Dövlət Komitəsinin əməkdaşlarını təltif etdi. Onlardan ikisinə “Tərəqqi”, dördünə isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı verildi.
Komitə sədri Nazim İbrahimovun bioqrafiyasında hər hansı təltif qeydi olmadığına görə gözlənilirdi ki, Ilham Əliyev onu da medalla mükafatlandıracaq. Lakin gözləntilərin əksi baş verdi. Nazim Ibrahimov təltifdən kənarda qaldi. Bu olay komitə sədrinin karyerası ilə bağlı bəzi mülahihzələrə yol açıb.
Hələ bir müddət əvvəl Nazim Ibrahimovun “vurulacağı” barədə məlumatlar yaylmışdı. Həmin məlumatlarda bildirilirdi ki, artıq Prezident Administrasiyasında Nazim Ibrahimovla vidalaşmaq məsələsi gündəmə gətirilib. Bunun ardınca Ibrahimovlara məxsus Azad Azərbaycan televiziyası (ATV) onların əlindən alındı. Hazırda bu kanal hakim ailənin nəzarətindədir. Bütün bunlar Nazim Ibrahimovun karyerasına son qoyulacağı barədə məlumatların əsassız olmadığını ortaya qoydu. Ilham Əliyevin Diasporla Iş Üzrə Dövlət Komitəsinin əməkdaşlarını təltif edərkən Nazim Ibrahimovu “yaddan çıxarması” isə bütün şübhələrə son qoydu. Aydin oldu ki, artıq onun “qələmi qırılıb”. Güman ki, yaxın vaxtlarda Nazim Ibrahimovun “vurulması” rəsmi şəkildə elan ediləcək.

Hikmət