Güc strukturları əməkdaşlarına bu ölkələrə viza verilməsi dayandırılıb
ABŞ və Böyük Britaniya Azərbaycanın güc strukturları əməkdaşlarına viza verilməsini dayandırıb. Artıq sanksiya müxalifətçi fəallara qarşı zor və qeyri-insani davranış sərgiləyən Daxili Işlər və Milli Təhlükəsizlik nazirlikləri əməkdaşlarına tətbiq edilib.
Xəbəri “Haqqin.az” saytı diplomatik qaynaqlara istinadən yayıb. Diplomatik qaynaq onu da bildirib ki, bu, Qərbin ölkədə demokratik islahatlarla bağlı tələbləri qulaqardına vuran Azərbaycan iqtidarına qarşı qeyri-formal qərarıdir. Əgər Azərbaycan iqtidarı bundan sonra da Qərbin tələblərini qulaqardına vursa, sanksiya hakimiyyət komandasının bütün üzvlərinə şamil edilə bilər. Sayt ABŞ və Böyük Britaniya səfirliklərindən viza ala bilməyən məmurlar və hüquq-mühafizə orqanları əməkdaşları haqqında geniş bilgisi olduğunu yazsa da, dəqiq ad açıqlamayıb.