Davudoğlu Ermənistanın qarşısında şərt qoydu

“Torpaqlar işğaldan azad edildikdən sonra Ermənistanla sərhəd açıla bilər”

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu erməniləri məyus edəcək bəyanatla çıxış edib. Türkiyə mətbuatının yazdığına görə, Davudoğlu bildirib ki, yalnız Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etdikdən sonra Ankara Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması barədə düşünə bilər.
“Biz hər dəfə təkrar edirik ki, Ermənistan Azərbaycan torpaqlarını azad etməlidir. Yalnız bundan sonra Ermənistan-Türkiyə sərhədi açıla bilər. Ermənistanla işğal etdiyi torpaqlar boşaldıqdan sonra iqtisadiyyatını dirçəldəcək iqtisadi əməkdaşlıq qurula bilər”, – deyə Əhməd Davudoğlu bildirib.