Neftçalada şərlənərək həbs olunan AXCP üzvü Elnur Fərəcova dünən rayon məhkəməsində hökm oxunub. O, Cinayət Məcəlləsinin 234.2 maddəsi ilə təqsirli hesab edilib və barəsində 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Bu barədə azadliq.info-ya vəkil Nemət Kərimov bildirib.
Fərəcov 2016-cı il dekabrın 9-da narkotik ittihamı ilə həbs edilib.
Elnur Fərəcov AXCP, atası isə Müsavat Partiyasının yerli təşkilatının fəalıdır.
Elnur Fərəcov 2016-cı ildə Milli Şuranın mitinqində iştirak etdikdən sonra guya küçədə nalayiq söyüş söyməsi adı ilə 5 sutka inzibati həbs edilib. Bu həbsdən sonra onu işdən azad ediblər. Hazırda həmin həbslə bağlı şikayət Avropa İnsan Hüquqları Məhkəməsinin icraatındadır.
azadliq.info