QOÇ
Maddi durumunuz ürəkaçan olmayacaq. Siz özünüzə hesabat vermədən həddindən çox pul xərcləyirsiniz. Bürcün ən məsuliyyətsiz nümayəndələri risk etməklə günün sonunda boş pul kisəsi ilə qalacaqlar.
BUĞA
Köhnə dostların əhatəsində əla vaxt keçirəcəksiniz, maraqlı görüşləriniz olacaq. Ulduzlar bildirir ki, kimlər ki, karyerada tezliklə yüksəlmək fikrindədir, onların daha çox çalışmaları məsləhətdir.
ƏKIZLƏR
Sağlamlığınızın keşiyində durun. Çünki halınızın dəyişmək ehtimalı var. Yaxşı olardı ki, yağlı və istiotlu yeməklərdən, spirtli içkilərdən uzaq durasınız.
XƏRÇƏNG
Hər imkandan istifadə edərək sizə köməyi dəyəcək şəxslərə özünüz barədə xatırladın. Məhz bu gün maraqlı təklif almaq şansınız var. Yeni və çətin işlərdən çəkinməyin. Sizin cazibəniz bu gün əks cinsin nümayəndələrinin diqqətindən yayınmayacaq.
ŞIR
Gün hisslərinizdə, hərəkətlərinizdə və fikirlərinizdə səliqə-sahman yaratmağı tələb edəcək. Təsadüfi tanışlarınızla, yaxud da qonşularla aranızda anlaşılmazlıq yaranacağı gözlənilir. Yaxınlarınızla etibarlı əlqələri qoruyub saxlaya biləcəksiniz.
QIZ
Ulduzlar xəbərdarlıq edirlər ki, əgər hansısa vacib görüləsi işiniz varsa, onu tez başlayın. Ümumiyyətlə, gün üçün plan qurarkən axşamüstü əhvalınızın korlanacağı ehtimalını nəzərə alsanız, yaxşı olar.
TƏRƏZI
Ehtiyatlı olun, əks cinsin nümayəndələrinin yalan vədlərinə inanmayın. Bu gün yaradıcılıq əməkdaşlığına start verilən gün olacaq. Qarşınızda yeni üfüqlər açılacaq.
ƏQRƏB
Çox çətin gün olacaq. Ətrafdakılar və ailə üzvləriniz də daxil olmaqla, sizdən öz arzularınıza zidd gedərək bir sıra güzəştlər tələb edəcəklər. Yaşlı nəslin nümayəndələrilə münasibətiniz daha gərgin olacaq. Çünki onlar sizə qarşı daha tələbkar olacaqlar.
OXATAN
Sizə neqativ təsir bağışlayan adamlardan kənar gəzməyə çalışın. Məsələ bundadır ki, bu gün sizi manipulyasiya etmək asan olacaq. Fitnə-fəsada uymamaq üçün daxili səsinizə qulaq verin.
OĞLAQ
Bu gün eksperimentlər üçün münasib gün deyil, ən yaxşısı ənənələrinizə sadiq qalmaqdır. Təcrübəli və müdrik adamların məsləhətilə hərəkət etsəniz, uduzmazsınız. Gün mütaliə, film seyr etmək üçün daha əlverişlidir.
DOLÇA
Situasiyanı düzəltmək üçün başlıcası, öz hərəkətlərinizə kənardakıların gözü ilə baxmağınız tələb olunur. Əgər təklikdə öhdəsindən gəlməyi bacarmasanız, dostlardan birinə müraciət edin. Kömək üçün elə bir şəxsi seçin ki, o, sizin üzünüzə həqiqəti deməkdən çəkinməsin.
BALIQLAR
Səhər özünüzü bir balaca narahat hiss etmək ehtimalı var, ancaq günün ikinci yarısında özünüzü daha enerjili və güclü hiss edəcəksiniz. Bu zamana vacib görüşləri, əyləncə və səfərləri planlaşdıra bilərsiniz.

Günün ulduz falı (08.07.12)
•