ABŞ Mehman Qələndərovun ölümü ilə bağlı şəffaf istintaqa çağırır

Amerika Birləşmiş Ştatları həbsxanada intihar etdiyi deyilən fəal Mehman Qələndərovun ölümü ilə bağlı “şəffaf” istintaq aparılmasına çağırır.
ABŞ Dövlət Departamentinin rəsmi saytında yayılan bəyənatda, fəalın aprelin 28-də cəzaçəkmə müəssisəsində ölüm faktı ilə bağlı narahatlıq bildirilir.
“Biz Azərbaycan hökümətini Mehman Qələndərovun ölməsinə dair tam, şəffaf və müstəqil istintaq aparılmasına çağırırıq”, bəyənatda bildirilir.
Bundan başqa, ABŞ Azərbaycanı fundamental hüquq və azadlıqlardan yararlandıqlarına görə həbs olunan bütün fəalları azad etməyə də çağırıb.