ABŞ hökuməti Rusiyanın gizli təsirlərinə qarşı fəaliyyətini genişləndirir.
“Associated Press” xəbər verir ki, Konqresin Nümayəndələr Palatası kəşfiyyat siyasətinə dair yeni qanun layihəsi qəbul edib.
Layihə hökumətin Rusiyanın ABŞ-a potensial gizli kampaniyasına qarşı səylərini gücləndirməsini, həmçinin Konqresin Amerikanın kəşfiyyat xidməti üzərində nəzarətini artırmasını nəzərdə tutur.
İkipartiyalı qanun layihəsi milli təhlükəsizliyə olan təhdidlərə cavab vermək, eləcə də Konqresin ABŞ kəşfiyyatının fəaliyyətinə nəzarətini təmin etmək məqsədilə hazırlanıb.
Sənəd həmçinin İraq, Suriya, Afrika və başqa ölkələrdə terrora qarşı mübarizəni də nəzərdə tutur.
Senatın qanun layihəsini bu həftə qəbul edəcəyi gözlənilir.
Gültəkin