CHP Antalya millət vəkili Dəniz Baykalın prezidentliyə namizəd olaraq adını çəkdiyi keçmiş prezident Abdulla Gülə AK Partiyadan çağırış edilib.
Partiyanın Qrup Başkan vəkili Mustafa Elitaş dünən verdiyi açıqlamada bununla bağlı bildirib: “Hörmətli Gül ilə əlaqədar müxtəlif spekulyasiyalar edilir. Hörmətli Gülün bu spekulyasiyaları mütləq bitirməsi lazımdır. Gülün mövqeyi dəqiq olmadığından da belə suallarla qarşılaşır. Əgər narahatdırsa, belə sualların dəqiq cavabını verməsi lazımdır. Yox narahat deyilsə, cavabsız buraxdığı bu sualı hər kəsdən eşitmək haqqı ilə qarşı-qarşıya qalacaq. Mənim tanıdığım hörmətli Gül buna dəqiq bir cavab verməlidir.”
Elitaş Prezident Ərdoğanın “yoldan ayrılanlar inkişaf etməmişdir” mesajı ilə bağlı da bunları deyib: “Mesajı alan almışdır- deyə təxmin edirəm. Bu yoldan ayrılanları və ya xəyanət yoluna doğru gedənləri bu gün kim xatırlayır? Hörmətli Prezident adlarını anmasa, tarixdə kiçik bir nöqtə belə olmayacaq vəziyyətdədirlər. Bəlkə sahibləri bununla hörmətli prezidentin verdiyi mesajı almışdır deyə düşünürəm.”
azadliq.info



