Rusiyanın Krasnodar vilayətində iyulun 7-də baş verən daşqınlar nəticsəində ölənlərin sayı 170 nəfəri keçib. Həlak olanların əksəriyyəti Krım rayonundandır. 50 min əhalisi olan rayonun yarısını su basıb.
Təbii fəlakət baş verən ərazilərdə fövqəladə vəziyyət elan edilib. Bölgərə qatarların avtomobillərin hərəkəti dayandırılıb. “Transneft” kompaniyası limanda ixrac üçün tankerlərə neft yükləməsini dayandırıb.
Rusiya prezident Putin vertolyotla Krasnodar vilayətinə uçub, səmadan fəlakətin miqyasını nəzərdən keçirib.
***
Rusiyanın Krasnodar diyarında daşqınlar nəticəsində ölənlərin sayı 144 nəfərə çatıb. Bu, fəlakətlə bağlı yaradılmış operativ qərargahın bir sutkadan sonra ümumiləşdirdiyi nəticədir
Rusiya FHN-in məlumatına görə, fəlakətdən 12 min nəfər zərər çəkib. 200-dən çox insana tibbi yadım göstərilib, onlardan 77-i xəstəxanaya yerləşdirilib.
Minlərlə ev su altında qalıb, təxminən 30 min insan elektrik təhcizatından məhrum olub.
Fəlakətin vurduğu ziyanın miqyası dəqiqləşdirilir.
***
07.07.2012
Rusiyanın Krasnodar vlayətində baş vermiş leysanda ölənlərin sayı 99 nəfərə yüksəlib. Novorosiysk, Krımsk, Gelincik bölgələrində 13000 adam sel fəlakətinin təsirinə məruz qalıb. 1300 ev su altında qalıb.
***
Son məlumata görə, ölənlərin sayı 67 nəfərə çatıb. Ölənlər arasında 1 uşağın da olduğu bildirilir.
***
Krasnodar vilayətində leysan yağışların yol açdığı sel fəlakəti nəticəsində 41 nəfər həyatını itirib. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Krım rayonunda 30 nəfər, Novorossiyskdə 2 nəfər, Qelendjik rayonunda 9 nəfər ölüb.
Xilasetmə işlərinin aparılmasına vertolyotlar cəlb olunub.


