
CNN Türk kanalında yayımlanan Əhməd Hakan ilə Tərəfsiz Bölgə verlişinin qonağı olan CHP Antalya millət vəkili Dəniz Baykal referendumdan sonra partiyasının aparacağı siyasəti dəyərləndirib.
Aparıcının “2019-cu ildəki prezident seçkilərində Dəniz Baykal namizəd olacaqmı?” sualına belə bir tələbim yoxdur cavabını verən Dəniz Baykal “Kılıçdaroğlu namizəd olarsa, arxasında dayanıb dəstəkləyəcəklərini bildirib. “Yox, əgər namizəd olmayacaqsa, qurultayda namizədlikdən çəkilsin.”
Ayrıca Baykal təklif olaraq deyib ki, prezidentliyə namizədi CHP qurultayı seçsin, həmin şəxs prezidentliyə namizəd olandan sonra partiya qurultayını çağırıb sədrlikdən istefa versin və tərəfsiz bir prezident olsun.
Azadliq.info



