
O, Londonun “Uembli” stadionunda keçirilən döyüşdə britaniyalı Entoni Coşuaya məğlub olub.
Belə ki, Vitali Kliçko 11-ci raundda rəqibinə texniki nokautla yenilib. Qeyd edək ki, Kliçkonun 41, rəqibi Coşuanın isə 27 yaşı var.
27 yaşlı Coşua bununla IBF versiyası üzrə çempionluq tituluna 3-cü dəfə yiyələnib. O, professional rinqdə 19 qələbə ilə məğlubiyyət tanımır. Coşua bu qalibiyyətlərin haamısını nokautla əldə edib.
Kliçko isə 64 dəfə qələbə qazanıb. O, qələbələrindən 53-nü nokautla başa çatdırıb.
Gərgin keçən qarşılaşmanı 90 minə yaxın boks həvəskarı izləyib. Bu, stadionun kassa rekordudur.
Xatırladaq ki, stadionda bundan əvəvlki rekord 2014-cü ildə, britaniyalı Karl Froçe ilə Corc Qrouvzun döyüşündə qeydə alınıb – 77 min tamaşaçı.